17 yanvar 2012 19:23

Neftçi Dinamo ilə dueldən məğlub ayrıldı (YENİLƏNİB)

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" hazırlıq prosesinin ilk mərhələsində bu gün ilk yoxlama oyununu keçirib. Azerisport.az xəbər verir ki, son Azərbaycan çempionunun rəqibi  Almaniyanın "Dinamo" (Drezden) klubu olub.
 
"Mardan" stadionunun ikinci meydançasında keçirilən görüş Bakı klubunun məğlubiyyəti ilə başa çatıb. Qeyd edək ki, “Dinamo” II Bundesliqanın ortabab klublarındandı. Arxada qalan 19 turda 22 xal toplayan komanda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.
 
Yoxlama oyunu
17 yanvar
 
Neftçi – Dinamo - 0:1 (0:0)
 
Neftçi: Saşa Stamenkoviç, Ruslan Əmircanov, İqor Mitreski, Ruslan Abışov, Rail Məlikov, Mirhüseyn Seyidov, Denis Silva, Slavço Georgiyevski, Flavinyo, Rəşad Abdullayev, Bahodir Nasimov.
Dinamo: Şeyk Queye, Romayn Bregeri, Filip Troyan, Pavel Fort, Maik Kegel, İoannis Papadopulos, Zlatko Dedic, Robert Kox, Sebastian Şuppan, Volfqanq Hesl, Toni Leystner.
 
Oyun başladı
İlk dəqiqələr "Neftçi"nin üstünlüyü şəraitində keçir
8. Matçda hələ ki, təhlükəli vəziyyət yaranmayıb, amma "ağ-qaralar" topa daha çox nəzarət edir
17. Mübarizə meydanın mərkəzində davam edir
22. Rəşad Abdullayev qapıçı ilə təkbətək çıxsa da, hakim bu epizodda oyundan kənar vəziyyət qeydə alır
25. "Dinamo" əsasən əks hücumlara bel bağlayır
30. Yenidən Rəşad Abdullayev rəqibə çətin anlar yaşatdı. Məhz onun cərimə zərbəsindən sonra rəqib qapıçı təhlükəni sovuşdurur
37. "Neftçi"nin heyətində İqor Mitreskiyə sarı vərəqə göstərilir
Birinci hissə başa çatdı
İkinci hissə başladı
46. İkinci hissədə "Neftçi"nin heyətində dəyişikliklər edilib. Meydana Emil Mpenza, Emin Mehdiyev, Cavid Hüseynov və Elvin Yunuszadə daxil olur
47. Meydana ikinci hissədə daxil olmuş Emin Mehdiyevin zərbəsi qapı tirinin üstündən keçir
53. Rəqib futbolçunun baş zərbəsi təhlükəli alındı. Bu epizodda "flaqman"ın müdafiəçiləri sayıqlıq nümayiş etdirir
60. Slavço Georgiyevski Cavid İmamverdiyevlə əvəzlənir
65. Marvin Knol oyunda hesabı açır - 0:1
75. "Neftçi"nin heyətində daha 2 dəyişklik edilir. Antalya təlimlərinə əvəzedici komandadan çağırılmış Elnur Soltanlı və Kənan Manaflı oyuna daxil olur
85. Elvin Yunuszadəyə sarı vərəqə göstərilir
Matç başa çatdı

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.