18 yanvar 2012 13:02
Xəzər Lənkəranın müdafiəçisi Azərbaycandan gedir
“Xəzər Lənkəran”ın müdafiəçisi Eder Bonfim Azərbaycandakı karyerasını başa vura bilər. Azerisport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, onun xidmətində sözügedən ölkənin “Rapid” (Buxarest) komandası maraqlıdı. Artıq sözügedən komanda ilə braziliyalı futbolçu arasında danışıqlara start verilib. Hətta Bonfim rumınlara Azərbaycanı tərk etmək istədiyini də bildirib. Hər halda Mirça Rednikin gətirdiyi futbolçunun bu istəyini başa düşmək olar. (ProSport)
