18 yanvar 2012 13:11

Azərbaycan yığması FİFA reytinqində irəlilədi

FİFA dünyanın futbol yığmalarının növbəti reytinq siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, Azərbaycan yığması yeni ilin ilk ayı üçün açıqlanan siyahıda 1 pilləlik irəliləyişə nail olub.
 
Berti Foqtsun komandası hazırda 111-ci pillədə qərarlaşıb. Komandamızın hesabında 300 reytinq xalı var.
 
DÇ-2014-ün seçmə mərhələsində yığmamızın rəqiblərindən olan komandalar arasında yalnız Lüksemburqu qabaqlayırıq (127-ci yer; 252 xal). Hansı ki, bu komanda da bir pilləlik irəliləyişə nail olub. Bizdən öndə olanlar isə bunlardı – Portuqaliya (7; 1100), Rusiya (13; 971), İsrail (37; 665) və Şimali İrlandiya (87; 403). Rəqiblərimizin əksəri ötən aykı mövqeyində qalsa da, Rusiya bir pillə geriləmək məcburiyyətində qalıb.
 
İlk onluqda isə heç bir dəyişiklik olmayıb. Birinci pillədə yenə İspaniya gedir (1564), ikinci Hollandiya (1365), üçüncü Almaniyadı (1345).  Uruqvay dördüncü (1309), İngiltərə beşinci (1173), Braziliya altıncı (1143), Portuqaliya yeddinci (1100), Xorvatiya səkkizinci (1091), İtaliya doqquzuncudu (1082). İlk onluğu Argentina yığması qapayır (1067).
 
Növbəti reytinq siyahısı fevralın 15-də açıqlanacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.