18 yanvar 2012 00:47
Elçin Məmmədov: Hakimin səhv etməsi normaldı
Azərbaycanın hazırda ən üzdə olan hakimlərindən biri – Elçin Məmmədov azerisport.az saytına müsahibəsində işinin çətinliklərindən danışıb.
- Türkiyə toplanışı hakimlərimizə nə verir?
- Çempionatın qalan dövrünə hazırlaşmaq lazımdı. Çünki qarşıda bizi daha maraqlı və gərgin oyunlar gözləyir. Hakimlərin də bu oyunlara həm fiziki, həm də psixoloji cəhətdən yaxşı hazırlaşmasına gərək var. Təlim-məşq toplanışı zamanı bütün bu məqamlara kompakt şəkildə nəzarət olunur. Bu da gələcək işimiz üçün vacib məqamlardandı.
- Toplanışda təxminən 40 hakim iştirak edir. Bu qədər hakimin iki həftə ərzində hər gün birgə məşq etməsi, ünsiyyətdə olması çətin deyil ki?
- Əlbəttə, bu, kimlər üçünsə problem yarada bilər. Amma çoxumuz bir-birimizin xarakterini bilirik, başa düşürük. Buna görə də xüsusi problem olmur. Özü də toplanışda bir neçə nəslin nümayəndələri var. Rövşən Əhmədov, mən, Ramiz Əsədov yaşlı nəsilik. Daha sonra Anar Salmanov, Fariz Yusifov gəlir. Ən son Əliyar Ağayev, Fuad və Rəhim Həsənovlardı. Bəzən oturub gənclərin oyunları idarə etməsini izləmək də maraqlı gəlir.
- Nəsildəyişmə bütün sahələrdə bir qədər çətin dövr hesab olunur. Bu, hakimlikdə necədi?
- Burda daha çox şey xarakterdən asılıdı. Hərdən mətbuatda oxuyuram ki, guya hakimlər arasında soyuq müharibə gedir. Bizim aramızda çox şey var. Amma müharibə yoxdu. Bizdə sağlam, təmiz rəqabətdi.
- Burda daha çox şey xarakterdən asılıdı. Hərdən mətbuatda oxuyuram ki, guya hakimlər arasında soyuq müharibə gedir. Bizim aramızda çox şey var. Amma müharibə yoxdu. Bizdə sağlam, təmiz rəqabətdi.
- Buna necə nail olursuz?
- Çox sadə. Əgər veteran lider olmaq istəyirsə, gənclərə uduzmamalıdı. Gənclər də öz növbəsində həmin veteranlara çatmağa, onları daha da qabaqlamağa nail olmaq istəyir.
- Çox sadə. Əgər veteran lider olmaq istəyirsə, gənclərə uduzmamalıdı. Gənclər də öz növbəsində həmin veteranlara çatmağa, onları daha da qabaqlamağa nail olmaq istəyir.
- Şəxsən sizə gələk. Deyirlər ki, siz futbolumuzda ən qalmaqallı hakimsiz...
- Ümumiyyətlə, mənim idarə etdiyim oyunlarda elə də səs-küylü qalmaqallar olmur. Onda necə olur ki, qalmaqallı hakim oluram? Siz birdən-ikiyə mənim hansısa mətbuat orqanında öz qərarlarımı şərh etdiyimi görmüsüz? Hesab edirəm ki, qanunlara riayət etmək lazımdı.
- Tutaq ki, “Neftçi” ilə “Sumqayıt”ın oyununda debütantın gənc oyunçuları rəqibin heyətində Flavinyo ilə toqquşur. Belə olan halda hakim daha tanınmış olan oyunçunun xeyrinə qərar qəbul etməlidi?
- Mən hesab edirəm ki, hakim ədalətli olmalıdı. O, hər dəfə daha fəal olan oyunçunun xeyrinə qərar verməməlidi. Məsələn, bizim çempionatda Rəşad Sadıqov, Mahir Şükürov və Ruslan Abışov kimi oyunçular da qırmızı vərəqə alıblar. Məgər onlar futbolumuzun tanınmış simaları deyillər? Deməli, bizim hakimlər sübut edirlər ki, onlar üçün bütün futbolçular eynidirlər. Amma futbolun yazılmayan qanunu da var: hakim səhv də edə bilər.

- Maraqlıdı, niyə?
- Əks halda inkişaf olmaz. Səhv normal bir şeydi. Amma əsas olan odu ki, həmin səhv qərəzli olmasın. İstənilən mübahisəli epizodla bağlı bir neçə qayda pozuntusu variantı olur. Onların hamısını eyni vaxtda analiz etmək üçün hakimin başı kompüter kimi olmalıdı. Amma bizə həmin anda dərhal qərar vermək lazım gəlir.

- Bəs əgər hakim həmin səhvi “Xəzər Lənkəran”ın ev oyununda buraxsa necə? Axı hər bir belə səhv tribunaların kəskin reaksiyası ilə qarşılanacaq...
- Deməli, hakim hər bir anı diqqətlə izləməlidi, oyunun ritmini əldən buraxmamalıdı. Hakimin dörd dəfə ardıcıl qonaqların lehinə qayda pozuntusu vermək haqqı yoxdu. Əks halda tribunların təzyiqi ilə üzləşəcək. Üçünü vermək olar, amma dördüncünü meydan sahiblərinin lehinə verməlisən. Bunlar psixoloji məqamlardı.
- Maraqlıdı, niyə heç bir hakim məşqçi olmur?
- Fatih Terim Bakıya gələndə çoxlu avtoqraflar verirdi, şəkillər çəkdirirdi. O, hər dəfə təəccüblənirdi ki, o qədər yanında olduğum halda heç nə xahiş etmirəm. Mən də cavabında demişdim ki, mən sizdən yox, siz məndən asılısız. O, buna çox təəccüblənmişdi və məni başa düşmüşdü.