18 yanvar 2012 13:32
Azərbaycan millisi üçün Türkiyə sınağı
19 yaşadək futbolçulardan ibarət Azərbaycan və Türkiyə yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Özü də komandalar arasında ardıcıl iki sınaq matçı oynanılacaq. Belə ki, bu görüşlər fevralın 1-də və 3-də baş tutacaq. Oyunların Türkiyənin Antalya şəhərində keçiriləcəyi bildirilir.
