18 yanvar 2012 01:16
Blatter davamçısının adını açıqladı
FİFA prezidenti Yozef Blatter xələfinin adını açıqlayıb. Azerisport.az xəbər verir ki, dünya futbol qurumunun rəhbəri özündən sonra bu posta layiq hesab etdiyi şəxsin adını açıqlayarkən bunları söyləyib:
“UEFA prezidenti Mişel Platini mənim postuma ən yaxşı namizəd olardı”.FİFA prezidenti bu açıqlamanı “France Football” nəşrinə verib.
Qeyd edək ki, Blatterin səlahiyyət müddəti 2015-ci ildə başa çatır. Onun fikrincə, Platini istəsə, FİFA prezidenti olmağa hazırdı. 75 yaşlı rəhbər yeni müddətə namizədliyini irəli sürməyəcəyini də əlavə edib.
