18 yanvar 2012 13:57
Qarabağ rəsmən açıqladı
“Qarabağ” qış fasiləsi dönəmində ilk transferini rəsmən açıqlayıb. Azerisport.az xəbrə verir ki, karyerasının ən parlaq dönəmlərini “Qarabağ”da yaşayan Vaqif Cavadov yuvasına geri dönüb.
22 yaşlı forvard 2 illik fasilədən sonra yenidən “Qarabağ”ın uğurları üçün tər tökəcək. Dünən Rusiya Premyer Liqasının təmsilçisi “Volqa” ilə yollarını ayıran Cavadov gecə komandanın bazasına qoşulub. Vaqif bu gün köhnə-yeni komandasında ilk məşqinə çıxacaq.
