18 yanvar 2012 02:05
İnter Türkiyədə belə hazırlaşır (FOTOLAR)
Türkiyədə təlim-məşq toplanışında olan "İnter" ötən gün də plana uyğun olaraq səhər və axşam məşqlərini keçirib. Azerisport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin yetirmələri səhər məşqində isinmə hərəkətlərindən sonra dəqiq zərbələri və təkbətək mübarizələri əhatə edən tapşırıqları yerinə yetiriblər.
Axşam məşqində isə fiziki məşğələlərdən sonra komanda ikitərəfli oyun keçirib. Xatırladaq ki, "İnter" ayın 19-da Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşacaq. Yoldaşlıq matçı Bakı vaxtıyla saat 18:00-da baş tutacaq. Qeyd etmək yerinə düşərdi ki, norveçli baş məşqçi Yorn Andersinin komandası 1909-cu ildə Almaniya çempionu, 1955-1956-cı illərdə ölkə kubokunun sahibi, 1996-cı ildə İntertoto kubokunun qalibi və 1995-ci ildə İntertoto turnirinin finalçısı olmuşdu.
