19 yanvar 2012 02:48
İngiltərə kuboku: 3-cü mərhələyə yekun vuruldu (YENİLƏNİB)
İngiltərə Federasiya Kubokunda 3-cü mərhələnin müəyyənləşməyən vəsiqələri uğrunda təkrar oyunlar keçirilib. Azerisport.az xəbər verir ki, ilk oyunlar zamanı 90 dəqiqə ərzində qalibi müəyyənləşdirə bilməyən cütlüklər bu həftə yenidən üz-üzə gəliblər.
Əvvəlki oyundan fərqli, bu dəfə “Leicester City” “Nottingham”i 4 cavabsız qolla keçib. “Millwall” də “Dagenham & R'bridge” səddini darmadağınla keçib. “Bolton” “Macclesfield”lə dueldən qalib ayrılıbsa, “Queens Park” da “Milton Keynes Dons”u məğlub yola salıb.
Son iki vəsiqə uğrunda isə “Wrexham” “Brighton & Hove”, “Wolverhampton” da “Birmingham” ilə mübarizə aparıb. Hər iki görüşdə gülən tərəf qonaqlar olublar.
İngiltərə Federasiya Kuboku
3-cü mərhələ
Təkrar oyunlar
17 yanvar
Leicester City - Nottingham – 4:0 (birinci oyun - 0:0)
Millwall - Dagenham & R'bridge - 5:0 (0:0)
Bolton - Macclesfield – 2:0 (2:2)
Queens Park - Milton Keynes Dons – 1:0 (1:1)
18 yanvar
Wrexham - Brighton & Hove 1:1 (penaltilərlə - 4:5) (1:1)
Wolverhampton - Birmingham - 0:1 (0:0)
