18 yanvar 2012 14:33
Qurban Qurbanov: Rauf Əliyevlə bağlı durumdan çox narazıyam
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində Vaqif Cavadovun komandaya qayıdışından, eləcə də Rauf Əliyevin gələcək aqibətindən danışıb.
- Sizcə, bir həftə öncəyə qədər “Volqa”dan ayrılmaq istəməyən Vaqif Cavadov niyə qısa zamanda qərarını dəyişib, “Qarabağ”a gəlməyə razı oldu?
- Ona görə ki, o, “Qarabağ”ın oyunçusu kimi çox yaxşı futbol sərgiləyirdi. Forma yığdı, daha sonra başqa kluba keçdi. Amma təəssüf ki, ordakı işləri alınmadı. Vaqifin böyük potensialı var. Ən əsası isə yerli futbolçudu. Məhz buna görə biz onu qaytarmağa qərar verdik. Daha doğrusu Vaqifi komandaya gətirmək şansımız olduğu üçün, bundan istifadə etdik.

- “Twente”, “Bakı” və “Volqa”. Sizcə, Vaqif bu klublarda niyə özünü göstərə bilmədi?
- Fikrimcə, uyğunlaşma ilə bağlı problemləri oldu. Başqa cür də söyləmək olar: Cavadov “Qarabağ”ın stilinə ideal dərəcədə uyğundu. Amma indi ona çətin olacaq. Çünki hər şeyə təzədən başlamalı olacaq. Amma hesab edirəm ki, Vaqifin formasının ən pik dövrü “Twente”yə keçdiyi dövrə təsadüf edirdi.
- Artıq indidən Vaqifin əsas heyət oyunçusu olacağını demək olar?
- Hər şey onun özündən asılı olacaq. Qoy öz əvvəlki formasını qaytarsın, hücum xəttimizin lideri olsun. O, istedadlı oyunçudu. Amma indi daha çox işləməsinə ehtiyac var. Bir qədər uyğunlaşmasına da vaxt lazım gələcək. Əfsuslar olsun ki, ideal formasından çox uzaqdı.

- Əgər sirr deyilsə, onunla nə qədər müddətə müqavilə bağlamısız?
- 2,5 illik.
- Yəqin ki, “Volqa” ilə də hər şey razılaşdırılıb?
- Bəli.
- Hamını başqa məqam düşündürür – “Qarabağ” Cavadovu axtardı, yoxsa futbolçu özü dönmək istədiyini bildirdi?
- Bu, yeni il günlərinə təsadüf etdi. O, Bakıya gəlmişdi. Elə həmin vaxt öyrəndik ki, komandasına dönmək istəmir. Biz də danışıqlara başladıq.

- Cavadov Leandro Roşanı əvəz edəcək. Sizcə, o, niyə “Qarabağ”da özünü göstərə bilmədi?
- Roşanın böyük potensialı var. Mən bunu həmişə qiymətləndirmişəm. Vaxtilə mən onun barədə çox düşünmüşdüm ki, komandaya götürüm, ya yox? Çünki bəzi uşaq xasiyyətləri var, intizamsız futbolçuydu.
- Cavadovun qayıdışı ilə transfer çalışmalarınızı bitmiş saymaq olar?
- Xeyr. Mən daha bir futbolçunu komandamıza gətirməyin əleyhinə olmazdım. Əcnəbi də olsa, olar, əsas odu ki, yerli mentalitetə, “Qarabağ”a bələd olsun. Əgər belə bir oyunçu tapsaq, götürəcəyik. Bu, ya müdafiəçi, ya da yarımmüdafiəçi olacaq. Yeri gəlmişkən, onu icarəyə də götürə bilərik.

- Bəs komandadan başqa gedənlərin olması mümkündümü?
- Xeyr, bütün oyunçularımız qalacaq. Başa düşürəm ki, siz Rauf Əliyevi nəzərdə tutursuz. Düzünü deyim ki, bu oyunçunun ətrafında dolaşan xəbərlərdən çox narazıyam. Onu gah bu, gah da digər klublara göndərirlər. Bütün bu xəbərlər, şayiələr Raufa çox pis təsir edir. Düzdü, “Göztepe” ona real təklif göndərmişdi. Amma mən, bunun əleyhinə oldum.

- Siz, futbolçunuzu buraxmaq istəmirsiz?
- Mən ona güzəştə getməyə hazıram. Hətta klubumuzun mənafeyinə uyğun olmasa da belə. Amma güclü çempionat, yaxşı klub olacağı halda. Elə qarşısına çıxan hər zəif kluba yox.

- Toplanışa qayıdaq. “Qarabağ” Türkiyədə neçə oyun keçirəcək?
- Beş görüş planlaşdırırıq. Qazaxıstan, Avstriya və Rumıniya klubları ilə qarşılaşacağımız dəqiqləşib. Növbəti iki rəqibin axtarışları davam edir.