18 yanvar 2012 15:11
Azərbaycanın U-21 yığması üçün 3 yoldaşlıq oyunu
Xəbər verdiyimiz kimi, yanvarın 20-dən 29-a qədər Türkiyənin Antalya şəhərində 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının təlim-məşq toplanışı təşkil olunacaq. Azerisport.az xəbər verir ki, hazırlıq prosesi çərçivəsində yığmamız 3 yoldaşlıq oyunu keçirəcək.
Futbolçularımız yanvarın 23-də Macarıstanın U-21 yığması, 3 gün sonra bu ölkənin “Ferentsvaroş” klubu, yanvarın 28-də isə Norveçin “Fredrikstad” komandası ilə qarşılaşacaq.
