18 yanvar 2012 15:58
AZAL sınaq matçında qələbə qazandı
Futbol üzrə Azərbaycan Premyer Liqasının qalan hissəsinə hazırlıqları davam etdirən paytaxtın AZAL klubu yoxlama oyununda qüvvəsini sınayıb. Azerisport.az xəbər verir ki, “təyyarəçilər” birinci divizion təmsilçisi "Neftçala" ilə qarşılaşıblar.
Rafiq Mirzəyevin yetirmələri rəqibini 2:0 hesabı ilə məğlub ediblər. AZAL-ən heyətində Ervin Bulku və Hüseyn Axundov fərqləniblər.
