18 yanvar 2012 16:31
Məşhur türkiyəli futbolçu karyerasını başa vurdu
Türkiyə milli komandasının sabiq futbolçusu Nihat Kahveçi karyerasını başa vurub. Azerisport.az xəbər verir ki, Kahveçi bu addımı 33 yaşında atıb.
O, İspaniyaya birgə köçdüklərini ailəsinin gələcəyini düşündüyünü bildirib: “Hazırda İspaniyada çox xoşbəxtik. Türkiyəyə dönüşümüz gündəmdə deyil. Bir az dincəlmək istəyirəm. Hələ nə edəcəyimə qərar verməmişəm. Amma futbolun içərisində qalmaq istəyirəm”.
Qeyd edək ki, Nihat Kahveçi peşakar futbolçu karyerasına 1997-ci ildə “Beşiktaş”da başlayıb. 2002-ci ildə o, İspaniyanın “Real Sosyedad”, 2006-cı ildə “Vilyarreal” klubuna keçib. 2009-cu ildə “Beşiktaş”a dönən Kahveçi 2011-ci il mayın 18-də “qara qartallar”ın heyətindən kənarlaşdırılıb. Bu qərar onun “Konyaspor”la Türkiyə Superliqası matçı zamanı komanda yoldaşı Rikardu Kuarejma və idman yazarı Turqay Dəmirlə mübahisəsindən sonra verilib.
