18 yanvar 2012 16:53

“Onların yaxşı formada olmamaları məni narahat edir”

Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov AFFA-nın rəsmi saytına müsahibə verib. Azerisport.az həmin müsahibə ilə sizi də tanış edir.
 
- Bugünlərdə başa çatan V Bakı Beynəlxalq Futzal Turniri ilə bağlı təəssüratlarınız necədir?
- Bildiyiniz kimi, bu ayın sonunda Xorvatiyada Avropa çempionatının final  mərhələsinin oyunları başlayacaq. Qitəmiqyaslı yarışda mübarizə aparacaq Ukrayna, Türkiyə və Azərbaycan milli komandaları üçün V Bakı Beynəlxalq Futzal Turniri yaxşı hazırlıq mərhələsi oldu. Azarkeşlər biri-birindən maraqlı və həyəcanlı oyunlar izlədilər. Turnirdə iştirak edən Özbəkistan millisi isə may ayında Asiya çempionatında iştirak edəcək. Düşünürəm ki, Avropanın aparıcı komandaları ilə qarşılaşmaq onların hazırlığına müsbət təsir göstərdi. Turnirdə iştirak edən komandalar təşkilatçılığın yüksək səviyyədə olduğunu bildirdilər.
 
- Əvvəlki 4 turnirdə milli komandamız birinci yeri tutmuşdu. Lakin bu dəfə kubok Ukraynaya getdi...
- Son illər futzal üzrə Ukrayna milli komandası böyük nailiyyətlər əldə edir. Onlarla daha əvvəl qarşılaşmışdıq. İlk dəfə idi bizi məğlub etdilər və turnirin qalibi oldular. Ukrayna komandası əzmkar oyunlar nümayiş etdirdi. Gennadi Lisençukun rəhbərlik etdiyi komanda həm fiziki, həm də texnik-taktiki hazırlıq baxımından çox yüksək səviyyədədir. Bunun nəticəsi idi ki, ardıcıl üç qələbə qazanıb turnirin qalibi oldular.
 
- Milli komandamızın oyunlarını necə qiymətləndirirsiniz?
- Son 4-5 ayda heyətlə bağlı çətinliklərlə üzləşmişik. Bildiyiniz kimi, Biro Jade zədəlidir. Andrey Tveryankin, Vitali Borisov, Rizvan Fərzəliyev və Rəcəb Fərəczadənin yaxşı formada olmamaları məni narahat edir. Milli komandanın üzvləri ilə görüşümüzdə bunu onların nəzərinə çatdıracağıq. AÇ-nin final mərhələsinə az vaxt qalıb. Onlar öz üzərlərində daha çox çalışmalıdırlar ki, ölkəmizi Avropa çempionatında layiqincə təmsil etsinlər.
 
- Sizi narahat edən əsas çatışmazlıq nədir?
- V Bakı Beynəlxalq Futzal Turnirində keçirdiyimiz oyunları futzalçılar və məşqçilərlə birlikdə izləyib müzakirə edirdik. Komandanın müdafiə xətti olduqca zəif təsir bağışladı. Demək olar ki, müdafiə oluna bilmirdik. Bunun da əsas səbəbi futzalçıların birlikdə az oyun keçirmələridir. Əvvəllər hamısı bir klubda çıxış edirdi. Bu da nəticədə öz əksini tapırdı. İndi isə əksəriyyəti ayrı-ayrı klubların formasını geyinir. Onların meydanda bir-birini yaxşı başa düşmədiyi hiss olunur. Əsas çatışmazlıq kimi bunları qeyd edə bilərəm. Vaxtımız azdır. Çalışmalıyıq ki, komandanı 2010-cu ildəki səviyyəyə çatdıraq.
 
- Komandamızın Avropa çempionatında şanslarını necə qiymətləndirirsiniz?
- Birinci oyun hər zaman çətin olur. İlk oyunda Portuqaliya yığması ilə qarşılaşacağıq. Son 3-4 görüşdə Portuqaliya millisinə oyun ərzində məğlub olmamışıq. 2010-cu ildə Macarıstanda keçirilən Avropa çempionatında onlara penalti seriyasında məğlub olmuşduq. Həmin görüşdə Portuqaliya millisinin lideri Rikardinyo bizə qarşı oynamırdı. Ancaq bu il heyətdə yer alıb və bizə qarşı mübarizə aparacaq. Təbii ki, bu, öz təsirini göstərəcək. Millimizin xeyli vaxtdır zədəli olan üzvü Biro Jade bu dəfə də forma geyinə bilməyəcək. Futzalçılarımız bilməlidirlər ki, komandanın oyunu bir nəfərdən asılı olmamalıdır. Hamı oynamalı, sonacan mübarizə aparmalıdı. Qrupda komandaların şansları, demək olar ki, eynidir. Qarşıdakı qısa vaxt ərzində komandanı həm fiziki, həm texniki-taktiki, həm də psixoloji cəhətdən yaxşı hazırlayıb uğurlu nəticələrə qazanmalıyıq. Yeri gəlmişkən, ötən ilin dekabr ayında dünya çempionatının əsas seçmə mərhələ oyunlarını və V Bakı Beynəlxalq Futzal Turnirini yüksək səviyyədə təşkil etdiyi üçün AFFA rəhbərliyinə minnətdarlığımı bildirirəm. Həm dünya çempionatının əsas seçmə mərhələsində, həm də Bakı Beynəlxalq Turnirində keçirdiyimiz oyunlarda milli komandamızı sonacan dəstəkləyən azarkeşlərə təşəkkür edirəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.