18 yanvar 2012 17:09
“Çalışacağam ki, mənə göstərilən etimadı doğruldum”
"Neftçi"nin futbolçusu Kənan Manaflı klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, 16 yaşlı yarımmüdafiəçi Almaniyanın "Dinamo" (Drezden) klubu ilə oyun haqda təəssüratlarını bölüşüb:
"Neftçi" klubunun rəhbərliyi və məşqçilər heyəti gənclərə xüsusi diqqət və qayğı ilə yanaşır. Yaşımın azlığına baxmayaraq, Almaniya klubu ilə oyunda mənə şans verdiklərinə görə onlara minnətdaram. Çalışacağam ki, tez bir zamanda mənə göstərilən etimadı doğruldum" - deyə Manaflı bildirib.
