18 yanvar 2012 17:17
“Onlarla çiyin-çiyinə oynamaq bizim üçün gözəl sınaqdı”
“Neftçi”nin gənc forvardı Elşən Abdullayev klubun rəsmi saytına açıqlama verib. Azerisport.az xəbər verir ki, istedadlı forvard komandasının "Dinamo"ya (Drezden) qarşı oyunu ilə bağlı fikirlərini bildirib:
"Neftçi"nin təcrübəli futbolçuları ilə çıyın-çiyinə oynamaq bizim kimi gənclər üçün gözəl sınaqdır. Onlardan çox şey öyrənmək olar. Üstəlik, Almaniya kimi futbol ölkəsinin bir klubu ilə oyunda iştirak etmək sevindiricidi. Buna görə klub rəhbərliyi və məşqçilər korpusuna təşəkkür edirəm".
