18 yanvar 2012 17:24
“Dinamo ilə oyunda meydana çıxmaq böyük təcrübədi”
"Neftçi"nin gənc futbolçusu Elnur Soltanlı klubun rəsmi saytına fikirlərini bildirib. Azerisport.az xəbər verir ki, 18 yaşlı futbolçu Almaniyanın "Dinamo" (Drezden) klubu ilə oyun haqda təəssüratlarını bölüşüb.
"Bizim kimi gənc futbolçuların əsas komanda ilə birlikdə təlim-məşq toplanışına yollanması "Neftçi"də uşaq və gənclərə göstərilən diqqətin göstəricisidir. Bizə belə bir şərait yaratdığına görə klub rəhbərliyinə, məşqçilər korpusuna minnətdarlığımı bildiririəm. Almaniyanın "Dinamo" klubu ilə oyunda meydana çıxmaq isə böyük təcrübədir" - deyə Soltanlı vurğulayıb.
