18 yanvar 2012 18:02
Millinin toplanışının vaxtı dəyişdirildi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının Bakıda keçiriləcək seleksiya xarakterli təlim-məşq toplanışının vaxtı dəyişdirilib. Azerisport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Məlumatda bildirilir ki, toplanış, əvvəlcədən xəbər verildiyi kimi, 23-26 yanvar tarixlərində deyil, yanvarın 26-dan 29-dək olan müddətdə keçiriləcək.
