18 yanvar 2012 19:47
Volqadan Cavadova təşəkkür
Rusiyanın “Volqa” klubu Vaqif Cavadovun komandadan ayrılması ilə bağlı rəsmi məlumat yayıb. Azerisport.az xəbər verir ki, Nijni Novqorod təmsilçisi futbolçumuza komandaya göstərdiyi xidmətlərdən ötrü minnətdarlıq edib:
“Cavadov komandamızdan ayrılaraq vətəninə döndü. O bundan sonrakı futbolçu fəaliyyətini Ağdamın “Qarabağ” klubunda davam etdirəcək. Vaqifə komandamızda göstərdiyi əzmkarlıqdan ötrü təşəkkür edirik və ona gələcək karyerasında uğurlar arzulayırıq".
