18 yanvar 2012 11:26
Vaqif Sadıqov: Bizim futbolçuları xaricdə tanıyan yoxdu
Azərbaycanlı futbol mütəxəssisi Vaqif Sadıqov azerisport.az saytına müsahibəsində Vaqif Cavadovun Rusiyanın “Volqa” klubundan “Qarabağ”a dönüşünü şərh edib.
- Vaqif Cavadovun Azərbaycan çempionatına qayıdışı ilə bağlı nə deyərdiz?
- Düzünü deyim ki, mən bunu pis seçim hesab etmirəm. Bəli, bu səviyyədə oyunçu ölkə xaricində çıxış etməyə borcludu. Bu, nəinki o futbolçunun, millimizin də lehinə olardı. Amma “Qarabağ”a dönməsi də pis qərar hesab olunmamalıdı.
- Deyirlər ki, o, “Twente”yə daha tez getməklə “itdi”. Bəs siz necə düşünürsüz, o, bu keçiddə tələsmişdi?
- Xeyr, hesab edirəm ki, onun o vaxt getməsi lazım idi. Həmin vaxt yaxşı oynayırdı, bunun da sayəsində Stiv Maklarenin diqqətini çəkmişdi. Belə bir mütəxəssisin onu bəyənməsi az əhəmiyyət daşımırdı. Bilirsiz, əslində bizim problemimiz başqadı. Bizim öz oyun düşüncələrimiz, ənənələrimiz var. Təəssüf ki, futbolçularımız rəqabətə dözə bilmirlər. Futbolçularımızın özlərini göstərə bilməməsinə məhz bu səbəb olur. Amma Vaqif gənc futbolçudu. O, ilk dəfə deyil legioner həyatı yaşayırdı. Bütün bunlar onun potensialından xəbər verir. Şəxsən mən Vaqifdə böyük potensial görürəm və ruhdan düşməsinə gərək duymuram. Öz üzərində işləməyə davam etməlidi. Əgər “Volqa”da alınmadısa, bu, dünyanın sonu deyil. Mən inanıram ki, o, başqa xarici klubda özünü göstərə biləcək.

- Yəqin ki, növbəti uğursuzluq ona psixoloji cəhətdən çox pis təsir edib...
- İstər-istəməz. Gənc futbolçu üçün bütün bunlar az şey deyil. Yaşı az olsa da, Vaqif az görməyib. Tale Cavadovu sınayır. Buna görə də o, böyük futbolçu olmaq istəyirsə, sakit qalmalıdı. Təzyiq həmişə var. Amma biz ona yardım etməyə çalışmalıyıq. Dəstək sayəsində o, klubunda və yığmada ümidləri yenidən doğrulda bilər.
- Yığmadan söz düşmüşkən, Vaqif əsas komandamıza dönmək istəsə də, baş məşqçi Berti Foqts artıq onun milliyə yolunun bağlı olduğunu deyir...
- Əlbəttə, Vaqif Cavadov kimi futbolçu milliyə lazımdı. İndi bizim elə də çox oyunçumuz yoxdu ki, Vaqif kimi futbolçudan asanlıqla imtina edək. Bəli, səhv edib, bunu özü də başa düşür. Hazırda isə bu məsələdən danışmaq bir qədər tezdi. Çünki o, hələ öz oyununu tapmalıdı.
- Sizcə, Vaqif Cavadov harda oynaya bilərdi?
- Cavadov 2009-cu ildə “Qarabağ”ın heyətində Avropa Liqasında əla çıxış edirdi, yığmanın heyətində Rusiyaya, Lixtenşteynə qarşı yaxşı oynamışdı. Bunlar olmasaydı, o vaxt Cavadovu xaricə aparmazdılar. Fikrimcə, o, istənilən güclü çempionatda çıxış edə bilər. Vaqif səviyyəsində bütün oyunçularımız xarici klublarda çıxış edə bilərlər. Sadəcə, onları tanıyan yoxdu. Bu, təkcə oyunçulara yox, mütəxəssislərə də aiddi. Bunu mən özüm gördüm və sözlərimdə də əminəm.