18 yanvar 2012 11:45
Simurqda ukraynalı futbolçular
“Simurq” yanvar ayının 14-dən etibarən Antalyada qış təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, “Mardan Palas” mehmanxanasında məskunalaşan “Simurq”un icraçı direktoru Vaqif Əliyevin verdiyi məlumata görə, komanda ayın 31-ə kimi Antalyada hazırlıqlarını davam etdirəcək:
“Yanvarın 21-də Qazaxstanın “Kaysar” komandası ilə yoxlama oyununa çıxacağıq. 27 və 31 yanvar tarixlərində daha iki yoxlama oyunu keçirməyi planlaşdırırıq. Lakin hazırda bu komandaların adları tam dəqiqləşməyib. “Turan”dan yarımmüdafiəçi Rəşad Orucov “Simurq”un heyətinə cəlb olunub. Həmçinin Ukraynadan da bir neçə futbolçunun baxışa gəlməsi gözlənilir”.
