18 yanvar 2012 00:07
Ruslan Abışov: Ən azı heç-heçəyə layiq idik
“Neftçi"nin futbolçusu Ruslan Abışov Almaniyanın "Dinamo" (Drezden) klubu ilə oyundan sonra fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, komandasının 0:1 hesablı yenilgisi ilə bağlı bunları dilə gətirib:
“Hazırlıq mərhələsində ilk oyunumuzu keçirdik. Qarşılaşma gərgin alındı. Bir neçə epizodda qol vura bilərdik. Oyuna baxanda demək olar ki, azı heç-heçəyə layiq idik. Qarşıda digər yoxlama oyunlarımız olacaq. Çalışacağıq ki, gözəl oyunla yanaşı, nəticə də əldə edək".