18 yanvar 2012 00:55
“Onlar yaxın gələcəkdə Neftçinin əsas heyətinin üzvlərinə çevriləcəklər”
"Neftçi"nin futbolçusu İqor Mitreski Almaniyanın "Dinamo" (Drezden) klubu ilə yoxlama oyunu barədə danışıb. Azerisport.az xəbər verir ki, “ağ-qaralar”ın makedoniyalı müdafiəçisi 0:1 hesablı məğlubiyyətlərini belə şərh edib:
"Təlim-məşq toplanışında ilk oyun həmişə çətin olur. Rəqibimiz olan "Dinamo" da güclü komandadı. Qarşılaşma bərabər səviyyədə keçdi. 1 qol oyunun taleyini həll etdi. İkinci hissədə baş məşqçimiz gənclərə şans verdi. Məncə onlar özlərini yaxşı tərəfdən göstərə bildilər. İnanıram ki, yaxın gələcəkdə bu futbolçular "Neftçi"nin əsas heyətinin üzvlərinə çevriləcəklər".
