19 yanvar 2012 13:05

“Bizi sevindirən əsas məqam ağıllı futbol oynamağımızdı”

“Riga Open Cup 2012” turnirinin qalibi olan “Qəbələ”nin 13 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Recep Yazıcı bu uğur münasibətilə fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, türk məşqçi klubun rəsmi saytına müsahibəsində bunları dilə gətirib:
 
“İlk dəfə akademiyamızın komandası beynəlxalq turnirdə birinci yeri tutdu. Qalib gəlmək hər zaman çox gözəldi, xüsusilə 5 yerli komandanın əlindən kuboku alıb Azərbaycana gətirmək, doğma bayrağımızı xarici ölkədə dalğalandırmaq qürurverici hadisədir. Klub, akademiya rəhbərliyini və futbolçuları təbrik edirəm. Bu qrupun məşqçisi Sərdar Qafarovu xüsusi qeyd etmək istəyirəm. Çünki komandamız təsadüfi qollar vuraraq qalib gəlmədi. Hər kəsi bizi alqışlamağa məcbur etdik. Təbii ki, bu cür oyun göstərmək üçün durmadan çalışmaq, məşq etmək lazımdı. Bizim komandamız bu çətin məşq proseslərindən sonra bu səviyyədə oyun sərgiləyir. Təbii ki qələbə xoşdu, amma bizi sevindirən əsas məqam da məhz ağıllı futbol oynamağımızdı. Ümid edirəm ki, kuboklarımızın, qələbələrimizin, uğurlarımızın davamı gələcək və bir neçə il sonra bu komandada çıxış edən futbolçular milli komandamızın və “Qəbələ”nin əsas heyətinin şərəfini qoruyacaqlar. Bu uğur bizim doğru yolla irəlilədiyimizin növbəti sübutudu”. 

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.