19 yanvar 2012 21:51

İnter Almaniya klubu ilə dueldən məğlub ayrıldı (YENİLƏNİB)

Türkiyədə təlim-məşq toplanışında olan "İnter" bu gün qardaş ölkədə ilk sınaq matçına çıxıb. Azerisport.az xəbər verir ki, Kaxaber Tsxadadzenin yetirmələri Almaniyanın ikinci Bundesliqa təmsilçisi "Karlsrue" komandasıyla qarşılaşıb.
 
Yoldaşlıq matçı Bakı klubunun məğlubiyyəti ilə başa çatıb. Belə ki, almanların vurduğu 3 qola "bankirlər" sadəcə bir dəfə cavab verə biliblər.
 
Qeyd edək ki, norveçli baş məşqçi Yorn Andersinin komandası 1909-cu ildə Almaniya çempionu, 1955-1956-cı illərdə ölkə kubokunun sahibi, 1996-cı ildə İntertoto kubokunun qalibi və 1995-ci ildə İntertoto turnirinin finalçısı olub.
 
Yoxlama oyunu
19 yanvar
 
İnter - Karlsrue - 1:3 (1:2)
 
"İnter"in start heyəti: 1. Georgi Lomaya, 6. Samir Zərgərov, 10. Asif Mirili, 11. Asif Məmmədov, 14. Petar Zlatinov, 15. Vladimir Levin (k), 18. İlia Kandelaki, 21. Arif Daşdəmirov, 22. Peter Xrappan, 28. Baçana Tsxadadze, 44 Valeri Abramidze.
 
5. Almaniya klubu hesabı açır - 0:1
22. "Bankirlər" ikinci qola üzülürlər - 0:2
33. Almanların qapısına penalti təyin olunur
34. B.Tsxadadze on bir metrlik cərimə zərbəsini dəqiq yerinə yetirir - 1:2
 
İkinci hissəyə Kaxaber Tsxadadze fərgli heyət çıxarıb. Belə ki, meydana Səlahət Ağayev, Danildo Assioli, Xəyal Mustafaev, Bronislav Çervenka, Əziz Quliyev, Elnur Abdulov, Nizami Hacıyev, Boyan Beliç, Fuad Bayramov və Girt Karlson daxil olurlar. "İnter"in start heyətindən meydanda ancaq kapitan Vladimir Levin qalıb
 
73. Almanlar üçüncü qola sevinirlər - 1:3

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.