19 yanvar 2012 20:58
Bakı almanlara da 4 cavabsız qolla məğlub oldu (YENİLƏNİB)
Türkiyədə ilk təlim-məşq toplanışını yekunlaşdırmaqda olan “Bakı” bu gün qardaş ölkədə növbəti yoxlama matçına çıxıb. Azerisport.az xəbər verir ki, Aleksandr Starkovun yetirmələri bu dəfə Almaniyanın birinci liqa təmsilçisi “İngolstadt 04” klubu ilə qarşılaşıblar.
Qeyd edək ki, “zolaqlılar” Antalyadakı ilk sınaq matçında Hollandiya çempionatının lideri “AZ Alkmaar”la üz-üzə gəlmişdilər. Lakin Starkovun komandası çox ağır yenilgi ilə üzləşmişdi - 1:5.
Bu dəfə isə paytaxt təmsilçisi Almaniyanın ikinci Bundesliqa klubuyla görüşdə həmin yenilgini unutdurmaq istəyirdi. Amma bakılılar bu dəfə də oxşar aqibətlə üzləşiblər. Belə ki, almanlar təmsilçimizi 4 cavabsız qolla yeniblər.
Yoxlama oyunu
19 yanvar
Bakı - İngolstadt 04 - 0:4 (0:3)
"Bakı"nın start heyəti: Marko Şarliya, Denis İvanov, Şəhriyar Əliyev, Novruz Məmmədov, Aleksandr Şoliç, Deyvidas Çesnauski, İbrahim Karqbo, Cəmşid Məhərrəmov, Vukaşin Tomiç, Elvin Məmmədov, Maris Verpakovski.
6. Almanlar hesabı açırlar.Andreas Buxner fərqlənir - 0:1
33. Manuel Şafler "zolaqlılar"ın qapısına ikinci qolu vurur - 0:2
36. Ahmed Akaiç də qol vurur - 0:3
74. Almaniya klubu penaltidən daha bir qola imza atır. Bu qolun müəllifi Bambardi olur - 0:4
78. "İngolstadt" azlıqda qalır
