19 yanvar 2012 13:37
Araz Yunanıstanın ən titullu klubuna qarşı
Araz Abdullayevin çıxış etdiyi “Panionios” klubunun Yunanıstan Kubokunun 1/4 final mərhələsindəki rəqibi müəyyənləşib. Azerisport.az xəbər verir ki, həmyerlimizin komandasının bəxti gətirməyib.
Belə ki, “Panionios” 1/4 finalda ölkənin ən titullu klubu ilə qarşılaşacaq. Arazın komandasının rəqibi “Olimpiakos” (38 qat Yunanıstan çempionu və 24 qat kubok sahibi) olacaq. Oyun fevralın 25-də keçiriləcək.
Onu da qeyd edək ki, “Panionios”un potensial rəqibləri də məlumdu. Belə ki, yarımginala çıxacağı halda bu komandanı “Panaitolikos” – “Panserraikos” cütünün qalibi gözləyir.
