20 yanvar 2012 01:53

İtaliya kuboku: İnter də növbəti mərhələdə (YENİLƏNİB)

İtaliya kubokunda 1/8 final mərhələsinin son oyunları keçirilib. Azerisport.az xəbər verir ki, öncə “Milan” evdə “Novara” ilə münasibətlərinə aydınlıq gətirib.
 
Bir oyundan ibarət olan bu mərhələdə rəqibini evdə qəbul edən Milanın eyniadlı təmsilçisi bu üstünlükdən çətinliklə də olsa, yararlana bilib. Belə ki, erkən qol vurmasına baxmayaraq, milanlılar son dəqiqələrdə qapılarında qol görüblər. Bu üzdən qalibi əlavə vaxtda müəyyənləşdirmək lazım gəlib. Məhz əlavə vaxtda vurulan bir qol sayəsində “Milan” da İtaliya kubokunun 1/4 final mərhələsinə çıxıb.
 
Nəhayət, son 1/8 final qarşılaşmasında “Inter” “Genoa” ilə qarşılaşıb. Bu görüşdə də qələbəni meydan sahibləri bayram ediblər.
 
Qeyd edək ki, bu mərhələnin digər oyunları bir müddət öncə keçirilmişdi. “Juventus” “Bologna” üzərində 2:1 hesablı qələbə sayəsində 1/4 finala çıxmışdısa, “Siena” da səfərdə “Palermo” ilə 4:4 hesablı məhsuldar heç-heçəyə nail olmaqla mərhələ adlamışdı. “Lazio” “Verona”nı 3:2, “Roma” “Fiorentina”nı 3:0, “Napoli” “Cesena”nı 2:1 məğlub etməklə, adını 1/4 finala yazdırmışdı. Səfərdə “Udinese”nin qonağı olan “Chievo” isə 2:1 hesablı qələbə ilə gülən tərəf olmuşdu.
 
İtaliya kuboku
1/8 final mərhələsinin oyunları
18 yanvar
 
Milan – Novara – 2:1
 
19 yanvar
 
Inter - Genoa - 2:1
 
1/4 finalda aşağıdakı cütlüklər qarşılaşacaqlar:
Juventus - Roma
Lazio- Milan
Siena - Chievo
Inter - Napoli

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.