19 yanvar 2012 14:26
Bernard Raab: Onlar komandamızın gücünə güc qatacaqlar
“Sumqayıt Şəhər”in baş məşqçisi Bernard Raab azerisport.az saytına müsahibəsində komandasının mövsümün qalan hissəsinə hazırlıq prosesindən danışıb. O, öncə bunları dilə gətirib:
“Biz bir neçə gün Bakıda hazırlıq keçdik. Hazırlıqlar yaxşı gedir. Təəssüf ki, bəzi zədəlilərimiz var. Ruslan Qurbanovla Murad Səttarlı tam sağalmayıb. Qurbanov artıq məşqlərə başlasa da, sadəcə qaçışla kifayətlənir. İki yeni futbolçu da almışıq. Tərlan Quliyevlə Uğur Pamuk da hazırlıqlara qatılır. Onlar mövsümün qalan hissəsində komandamızın gücünə güc qatacaqlar. İndi bütün diqqətlər Belek toplanışına yönəlib. Hansı ki, yanvarın 30-da başa çatacaq”.

Raabın sözlərinə görə, dörd yoxlama matçı keçirməyi düşünürlər ki, onlardan da üçü məlumdu: “Öncə bizi Qazaxıstanın “Jetısu” klubu ilə oyun gözləyir (19 yanvar). Ardından Almaniyanın “Paderborn” (21 yanvar) və Rusiyanın “Fakel” (24 yanvar) klubları ilə qarşılaşacağıq. Amma daha bir oyun keçirməyə çalışacağıq”.
Almaniyalı mütəxəssis bütün sınaqçı-rəqibləri şəxsən öz istəyi ilə seçdiyini deyir: “Bu rəqiblərdən “Paderborn”u özüm seçmişəm. Bu komandanın baş məşqçisi ilə tanışam. Bir oteldə qalırıq. Ona görə də onlarla razılıq əldə etmək asan oldu. Digər komandalar da bildiyim qədərilə zəif rəqiblər deyil. Bu komandalarla oyunlarda xətlər arasında əlaqəni yaxşılaşdırmağa çalışacağıq. Mən özümüzüdən güclü rəqiblərə qarşı oynamağımızı istəyirəm. Məsələn, “Paderborn” “Sumqayıt”dan xeyli güclüdü. Belə qarşılaşmaların çox faydası ola bilər”.
Raab yetirmələrinin U-19-un heyətində Sankt-Peterburqda təşkil olunan Valentin Qranatkinin xatirə turnirindəki uğursuz çıxışına da toxunub: “Mən həmin turnir zamanı orda olan Təbriz Həsənovla əlaqə saxlayırdım. Fikrimcə, həmin turnir uşaqlar üçün uğursuz alındı. Çünki onlarda yorğunluq da var idi. Məsələn, Ruslan Nəsirli ilə Orxan Əliyev həqiqətən yaxşı oyunçulardı. Amma onlar üçün bir həftədə 3-4 oyun keçirmək çox ağırdı. Büütövlükdə, Həsənovla birgə uşaqların o qədər də pis təsir bağışlamadığını düşünürük. Samir Yusifov sabit oyun sərgilədi. Nəsirli də fiziki cəhətdən güclüdü, perspektivlidi. Amma ona da, digər futbolçularımıza da öz üzərində daha çox çalışmaq lazımdı”.