19 yanvar 2012 14:58
Neftçinin futbolçuları Rusiyada fərqləndilər
Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən ənənəvi "Dəri top" turnirinin qalibi olan "Neftçi"nin 14 yaşlı futbolçulardan ibarət komandasının 2 oyunçusu - Əli Şirinovla Rövlan Muradov ən yaxşı seçilib. Azerisport.az xəbər verir ki, final matçında yeganə qolun müəllifi olan komandanın kapitanı Əli Şirinov ən yaxşı müdafiəçi, Rövlan Muradov isə turnirin ən yaxşı futbolçusu seçilib.
Şirinova kuboku olimpiya çempionu olan keçmiş müdafiəçi Viktor Losev, Muradova isə keçmişin məşhur hücumçusu Fyodr Çerenkov təqdim edib.
Qeyd edək ki, baş məşqçi Araz Qulamovun rəhbərlik etdiyi U-14 turnirdə keçirdiyi 5 oyunun hamısına qalib gəlib.
