19 yanvar 2012 15:53
Litva yığmasında yeni baş məşqçi
Futbol üzrə Litva yığmasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bu, 47 yaşlı macarıstanlı mütəxəssis Çobo Laslodu.
O, bu postda Raymond Jutautası əvəzləyib. “Ferencvaros” və “Hearts” klublarının sabiq çalışdırıcısı son 10 ildə Litva yığmasını çalışdıracaq ikinci əcnəbi mütəxəssis olacaq.
Qeyd edək ki, Jutautas son tsikldəki uğursuz çıxışın ardından postundan uzaqlaşdırılmışdı. O vaxtdan bəri yeni baş məşqçi axtarışında olan Litva Futbol Federasiyası seçimini Laslo üzərində edib. Hansı ki, bu mütəxəssis 2005-ci ildə Macarıstanda ölkəsinin ən yaxşı məşqçisi seçilib.
