19 yanvar 2012 16:10
Azərbaycan futbolçu transferlərindən ən çox ziyana düşən ölkədi
Futbolçu transferlərində ən çox ziyana düşən ölkələrin siyahısı açıqlanıb. Azerisport.az xəbər verir ki, sözügedən siyahıya Azərbaycan başçılıq edir.
Ölkəmizi ilk “3-lük”də Ukrayna və Danimarka izləyir. Türkiyə isə 4-cü pillədə qərarlaşıb. Lakin konkret rəqəm açıqlanmayıb.
Qeyd edək ki, UEFA-nın müəyyənləşdirdiyi meyarlara əsasən, gəlir-çıxarları uyğun gəlməyən klublar 2012-2013-cü il mövsümündən etibarən Avropa kuboklarına qatıla bilməyəcək. Bu vəziyyətdə klublar büdcələrindəki vəsaitdən çox pul xərcləyə bilməyəcək.
