19 yanvar 2012 16:33
Neftçinin əvəzediciləri də Türkiyəyə yollandılar
"Neftçi"nin əvəzediciləri təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə yollanıb. Azerisport.az xəbər verir ki, Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan çempionatın lideri Belek qəsəbəsində yerləşən "Atlantis" otelində qalacaq.
Əvəzedicilər Antalyada 3 yoxlama matçı keçirəcək. Baş məşqçi Elşad Əhmədovun rəhbərlik etdiyi komanda yanvarın 25-də Moskva "Dinamo"sunun əvəzediciləri, 28-də Rumıniyanın U-21 yığması, fevralın 2-də isə Almaniyanın 3-cü Bundesliqa klublarından biri ilə qarşılaşacaq.
Qeyd edək ki, hazırlıq prosesi fevralın 3-dək davam edəcək.
