19 yanvar 2012 17:40
İnterdə serbiyalı futbolçu baxışdadı (FOTO)
Xəbər verdiyimiz kimi, bu gün “İnter” Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində ilk yoxlama matçına çıxacaq. Azerisport.az xəbər verir ki, buna görə də, komanda səhər məşqində qısamüddətli fiziki hərəkətləri yerinə yetirməklə kifayətlənib.
Dünəndən etibarən isə "İnter"in düşərgəsinə qoşulan 1986-cı il təvəllüdlü futbolçu Boyan Beliç komandada baxışdadı. Kaxaber Tsxadadzenin serbiyalı mərkəz yarımmüdafiəçisini meydana buraxacağı gözlənilir.
Əlavə edək ki, B.Beliçin son komandası İranın "Shəhrdari Təbriz" olub.
