19 yanvar 2012 18:24
Sumqayıt Kuboku keçiriləcək
“Sumqayıt” Futbol Klubu 21 yanvar 2012-ci il tarixindən etibarən Sumqayıt kuboku uğrunda futbol turnirinə start verəcək. Azerisport.az xəbər verir ki, Sumqayıt şəhərində məktəblər arası keçiriləcək turnirdə hər birində 3 yaş qrupu olmaqla 32 məktəb iştirak edəcək.
Ümumtəhsil məktəblərinin və “Sumqayıt” Futbol Klubunun 1998-1999-cu il, 2000-2001-ci il, 2002-2003-cü il təvəllüdlü yaş qrupları üzrə komandalarının iştirak edəcəyi yarış olimpiya sistemi üzrə təşkil olunacaq. Turnir Sumqayıt Dövlət Universitetinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionun süni örtüklü futbol meydançalarında keçiriləcək.
