19 yanvar 2012 19:09
“Məqsədimiz odu ki, Neftçidə daha çox yerli futbolçu oynasın”
"Neftçi"nin komanda direktoru Güloğlan Cabbarov Antalya təlimləri haqqında klubun rəsmi saytına danışıb. Azerisport.az xəbər verir ki, o, bunları dilə gətirib:
"Hazırlıqlar plan üzrə davam edir. Futbolçular məşqçilər korpusunun tapşırıqlarını böyük səylə yerinə yetirirlər. Əsas komanda ilə məşqlərə cəlb olunmuş gənclər də özlərini yaxşı tərəfdən göstərməyə çalışırlar. Almaniyanın "Dinamo" klubu ilə oyunda da əvəzedici heyətin futbolçuları meydana çıxaraq müəyyən mənada təcrübə qazandılar. Bu klub prezidenti Sadıq Sadıqovun müəyyənləşdirdiyi inkişaf strategiyasıdır. Məqsədimiz odur ki, gələcəkdə "Neftçi"nin heyətində daha çox yerli futbolçu oynasın".
