19 yanvar 2012 20:26
Bakıda serb futbolçu
“Bakı” baxışa yeni futbolçu çağırıb. Azerisport.az xəbər verir ki, baş məşqçi Aleksandr Starkov Vukaşin Tomiçi sınayır.
Baş məşqçi bu futbolçuya Almaniyanın “İnglostadt” klubu ilə oyunda şans verib. Tomiç meydana start heyətində çıxıb.
Qeyd edək ki, Vukaşin Tomiç 1987-ci ildə Serbiyada dünyaya gəlib. Mərkəz müdafiəçisi mövqeyində çıxış edən futbolçu indiyədək Serbiyanın “Napredak”, “Trayal”, “Kopaonik”, “Jaqodina” və “Mladost” (Lukani” klublarında çıxış edib. 2010-cu ildən “Mladost”da top qovur və indiyədək 30 dəfə bu komandanın formasını geyinib.
