19 yanvar 2012 00:02
Qurban qayıtdı, Vaqif məşq etdi, TRT-Avaz çəkdi (FOTOREPORTAJ)
“Qarabağ” Antalyada hazırlıqlarını davam etdirir. Azerisport.az xəbər verir ki, ötən gün komandanın proqramında 2 məşq vardı.
Günün ilk çalışaması 11:00-da baş tutub Barselonadan dönən komandanın baş məşqçisi Qurban Qurbanov Antalyada ilk məşqinə çıxıb. Eyni zamanda Rəşad Sadıqov da məşqə çıxıb. Lakin 29 yaşlı müdafiəçi sadəcə qaçmaqla kifayətlənib. Elə yeni transfer Vaqif Cavadov da ilk məşqi zamanı müəyyən təmrinləri yerinə yetirdikdən sonra qaçmaqla hazırlığı bitirib.
Bu arada artıq türk dünyasının sayılıb-seçilən komandalarından olan “Qarabağ”ın məşqinə qonaqlar da gəlməkdədi. Belə ki, Türkiyənin “TRT-Avaz” kanalı klubun düşərgəsinə gələrək reportaj hazırlayıb. Komandanın baş məşqçisiylə yanaşı Rəşad Sadıqov və Sadiqovdan mühasibələr götürülüb.
