19 yanvar 2012 11:55

Vaqif Cavadov: Hər kəsin səhvi olur

Rusiyanın “Volqa” klubundan ayrılaraq “Qarabağ”a qayıdan Vaqif Cavadov bu münasibətlə azerisport.az saytının suallarını cavablandırıb.

- “Qarabağ”a qayıtmağa nə vaxt qərar verdiniz?
- Hər şey son 2-3 gündə gerçəkləşdi. Mənim ailəmdə müəyyən çətinliklərim var. Məhz bu üzdən vətənə dönmək məcburiyyətində qaldım. Həm də “Qarabağ” rəhbərliyi tərəfdən mənə maraq var idi. Düşündüm və ən yaxşı variant kimi bunu seçdim.
 
- Sizcə, “Volqa”dakı işləriniz niyə uğurlu alınmadı?
- Mən deməzdim ki, alınmadı. Normal oynayırdım. Hər şey daha yaxşı olmalıydı. Amma ailə problemləri məni Bakıya qayıtmağa məcbur etdi.
 
- Yəni, klub rəhbərliyi ilə probleminiz yox idi?
- Xeyr. Qardaşım xəstədi və mən ondan uzaq qala bilməzdim. “Volqa” rəhbərliyi və məşqçilər korpusu ilə də əla münasibətlərim qalmaqdadı.
 
- Amma “Volqa”nın rəsmi saytında yazılıb ki, ayrılmaq təşəbbüsü klub tərəfdən olub...
- Bu təşəbbüs hər iki tərəfdən olub. Qərar verdik ki, bu, ən yaxşı variantdı. Sadəcə, “Volqa” mənə problem yaratmaq istəmədi.
 
- Niyə komandayla Türkiyə toplanışına getməmişdiz?
- Artıq o vaxt danışıqlar gedirdi. Hər şeyə qərar vermək üçün vaxta ehtiyac vardı.

- “Volqa” sizə olan borclarını ödəmişdi?
- Son ayların pulu qalırdı. Amma bununla bağlı problem olacağını düşünmürəm.
 
- Maraqlıdı ki, “Qarabağ”dan başqa klublarda oyunlarınız alınmır...
- Hər kəsin səhvi olur. Futbolçu həyatı elədi ki, bu gün burdasansa, sabah başqa komandada ola bilərsən. Həmişə demişəm ki, “Qarabağ” mənim ikinci evimdi. Ağdam klubunun rəhbərliyinə təşəkkür edirəm ki, yenidən bu komandada oynamağıma şərait yaratdılar. Əlimdən gələni edəcəm ki, ümidləri doğruldum.
 
- Sizcə, “Qarabağ”ın əsas heyətinə düşə biləcəksiz?
- Mən “Volqa”da ehtiyatda qalmırdım. Son oyunlarda meydana çıxırdım, formamı itirməməyə çalışırdım. Azərbaycan mətbuatı məni kəskin tənqid etsə də, Rusiya mətbuatı həmişə mənim oyunumu yaxşı qiymətləndirirdi. Düşünürəm ki, fevrala kimi tam hazır olacağam.
 
- Fevralda oynayacağınıza əminsiz? Axı AFFA sizi yığmadakı qalmaqala görə 5 oyunluq cəzalandırıb...
- Mənim yığmadakı problemim klubdakı işlərimə qarışdırılmamalıdı. İnanıram ki, AFFA öz qərarını dəyişəcək. Beş oyun çoxdu. Onu ya azaltmaq, ya da tam ləğv etmək olar. İstəməzdim ki, buna görə “Qarabağ” çətinliklə üzləşsin.
 
- “Qarabağ”ın çempionluq şanslarını necə dəyərləndirirsiz?
- “Qarabağ” xalqın komandasıdı. Ağdam klubu həmişə avrokuboklarda layiqli oynayır. Bu mövsüm üçün də yaxşı şanslarımız var. Bilirik ki, azarkeşlər bizdən çempionluq gözləyirlər. Potensialımız da böyük hədəflər haqda düşünməyə imkan verir. Komandanın çempionatı mümkün qədər üst pillələrdə bitirməsi üçün əlimdən gələni edəcəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.