19 yanvar 2012 12:14
Türkiyə - Azərbaycan matçının başlama vaxtı müəyyənləşdi
Xəbər verdiyimiz kimi, fevralın 1-də və 3-də, Antalya şəhərində 19 yaşadək futbolçulardan ibarət Türkiyə və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Azerisport.az xəbər verir ki, artıq oyunların başlanma vaxtı da müəyyənləşib.
Hər iki qarşılaşmanın start fiti yerli vaxtla saat 13:30-da (Bakı vaxtı ilə saat 15:30) səslənəcək.
