19 yanvar 2012 12:38
Qəbələ çempion oldu
“Qəbələ”nin 13 yaşa qədər futbolçulardan ibarət komandası “Riga Open Cup 2012”nin qalibi olub. Azerisport.az xəbər verir ki, yanvarın 18-də turnirin son oyununda “Riga FC” ilə qarşılaşan “Qəbələ” “rəqibin daşını daş üstə qoymayıb”: 11-1.
Bu darmadağından sonra xal hesabını 13 çatdiran təmsilçimiz çempionluq kubokunu başı üzərinə qaldırıb. Komandamıza kuboku AÇ-2004-də Latviya milli komandasının kapitanlıq sarğısını daşıyan Mixail Zemlinski təqdim edib.
Həlledici matçda Fərid Nəbiyev (3), Cavidan Qasımlı (3), Elvin İmanlı (2), Əli Məzahirli, Faiq Hacıyev, Murad Qayalı fərqlənib. Turniri “Dinamo” 10 xalla ikinci, “Super Nova” isə 7 xalla 3-cü yerdə yekunlaşdırıb. “Riga Open Cup 2012”nin ən yaxşı oyunçusu yekdilliklə Cavidan Qasımlı seçilib. Turnirin ən sərrast futbolçusu nominasiyasının qalibi də “Qəbələ”nin heyətində yer alıb. Bu rəqibləri 8 dəfə məyus edən Elvin İmanlıdı.
