19 yanvar 2012 00:27

Branimir Subaşiç: Mən özümdən narazıyam

Futbol üzrə Azərbaycan millisinin və “Xəzər Lənkəran”ın hücumçusu Branimir Subaşiç azerisport.az saytına müsahibəsində komandasının hazırlığından, eləcə də millidəki çıxışından danışıb.
 
- “Xəzər Lənkəran”ın davam edən toplanışı ilə bağlı təəssüratlarınız necədi?
- Hər şey normalı gedir. Yenicə test götürüblər, nəticələrini gözləyirik. Ümid edirəm ki, hər şey yaxşı olacaq. Əsas fiziki cəhətdən yaxşı hazırlıqlı olmaqdı.
 
- Yanvarın 21-də “Xəzər Lənkəran”ı Türkmənistan yığması ilə oyun gözləyir. Qeyri-adi rəqib hesab etmək olar?
- Bəli, mənim üçün də qeyri-adi rəqibdi. Amma bir halda ki, məşqçilərimiz bu komandanı bizim üçün sınaqçı-rəqib kimi seçiblər, deməli nəsə bilirlər. Prinsipcə, bu, klub yox, yığma komandadı. Odu ki, onlara qarşı oynamaq çox maraqlı olacaq.
 
- Komanda tam heyətlə hazırlaşmır. Vobayla Mureşan yoxdu, Malidən alınan iki yeni oyunçu düşərgəyə qoşulmayıb...
- Heyətdən asılı olmayaraq, mən məşqlərimi davam etdirirəm. Hamı bir araya gələndə, yeni komandanın sifəti müəyyənləşəcək.
 
- Yeri gəlmişkən, “Xəzər Lənkəran”la yanaşı əsas rəqibləriniz də güclənir. Məsələn, “Qarabağ” Vaqif Cavadovu geri qaytardı. Bu transferə münasibətiniz necədi?
- O, yaxşı oğlandı, yaxşı futbolçudu. Fikrimcə, “Qarabağ” onunla gücləndi. Mən yığmanın son toplanışında onunla bir otaqda qalırdım. Hansı ki, o vaxt Vaqif yığmanın düşərgəsini tərk etmişdi. İndi onun hansı formada olduğundan xəbərim yoxdu. Amma “Qarabağ”ın belə oyunçu almaqla bəxtinin gətirdiyini düşünürəm.
 
- Siz Ağasəlim Mircavadov, Vlastimil Petrjela, Anatoli Demyanenko, Qurban Qurbanov, Toni Adams, Mirça Redniklə çalışmısız. Hazırkı baş məşqçiniz Cüneyt Biçər onlardan nə ilə fərqlənir?
- Biçər gəncdi və böyük enerjiyə sahibdi. Daim oyunçularla müxtəlif problemləri müzakirə edir. Hər şeyə diqqətlə yanaşır. Komandada yaxşı atmosfer yaratmağa çalışır. İndi biz bir ailə kimiyik.
 
- Bəs o, “Xəzər Lənkəran”ı çempion edə biləcək?
- Yəqin ki, bacarar. Vobayla Mureşan qayıtsın, yenilər gəlsin, daha da güclənəcəyik. Bizim çempion olacaq gücümüz var. Sadəcə, bu yolda əlimizdən gələni etməliyik. Biz çempionluq üçün hər şeyi edəcəyik.
 
- “Neftçi”yə son məğlubiyyəti (0:5) nə ilə izah edərdiz?
- Məncə, həmin vaxt komandada tam fərqli atmosfer hökm sürürdü. O vaxt bundan danışmaq olmazdı.
 
- “Neftçi”, “İnter” və “Qarabağ” çempionluq yolundakı əsas rəqiblərinizdi?
- Onlar da əsas rəqiblərimizdi, “Bakı”yla “Qəbələ” də.
 
- “Neftçi”yə və “Qəbələ”yə qarşı oynamaq: hansı əlavə duyğular oyadır?
- “Qarabağ”a qarşı oynamaq. Onların heyətində vaxtilə “Neftçi”də oynamış xeyli futbolçu var. Onlar mənim köhnə tanışlarımdı.
 
- Hesabınızda çox az qol var. Niyə?
- Əgər kubok oyunlarını da hesablasaq, beş top vurmuşam. Bu, əlbəttə, azdı. Mən də özümdən narazıyam. Amma ümid edirəm ki, hələ qol vuracağam. Hər şeydən önəmli olan isə komandanın uğur qazanmasıdı.

- Bəs yığma? Sizi millinin əsas heyətində nə vaxt görəcəyik?
- Albaniya ilə oyundan sonra Berti Foqts dedi ki, məni nəzərdə saxlayacaq. Əsas heyətə düşmək üçün qol vurmalıyam. Öz işini görməyən forvard kimə lazımdı? Rauf Əliyev hazırda daha yaxşıdı. Amma ümid edirəm ki, onu qabaqlaya biləcəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.