19 yanvar 2012 00:46
Yığma komandada yeni baş məşqçi
Futbol üzrə Kolumbiya yığmasının baş məşqçi postunda dəyişiklik edilib. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən ölkə millisini Xose Nestor Pekerman çalışdıracaq.
Kolumbiya Futbol Federasiyasının bununla bağlı açıqlamasında Pekermanla 2014-cü ilin avqust ayına kimi müqavilə imzaladıqları bildirilir. Argentinalı mütəxəssisin qarşısına ilk növbədə komandasını DÇ-2014ə çıxarmaq vəzifəsi qoyulub.
Qeyd edək ki, 62 yaşlı Pekerman ötən ay postundan uzaqlaşdırılan Leonel Alvaresi əvəzləyib. O, DÇ-nin seçmə mərhələsindəki uğursuz oyunlar səbəbindən KFF tərəfindən baş məşqçi postunu buraxmaq məcburiyyətində qalmışdı. Kolumbiya hazırda 3 matçdan sonra topladığı 4 xalla 6-cı sırada yer alır.
Pekerman isə Argentinanın 20 yaşlılardan ibarət komandasını üç dəfə (1995, 1997 və 2001) dünya çempionu etməsi ilə tanınır.
