20 yanvar 2012 13:00

Antonio Semedo: Bu şayiələr bizim üçün əlavə motivasiyadı

“Xəzər Lənkəran”ın portuqaliyalı yarımmüdafiəçisi Antonio Semedo azerisport.az saytına müsahibəsində bir çox suallara aydınlıq gətirib.
 
- Bu günlərdə “Barcelona” ilə “Real” arasında növbəti “El Klassiko” oynanıldı. Yəqin bilirsiz ki, Azərbaycanda da “Neftçi”ylə “Xəzər Lənkəran”ın duellərini “Böyük oyun” adlandırırlar. Bu müqayisə ilə razısız?
- Müqayisə aparmaq olar. Amma burda “Real”la “Barcelona” arasındakı oyunlara olan maraq yoxdu. Həm də Azərbaycan çempionatının oyunlarına çox az adam gəlir. Həm oyunçularda, həm də klublarda o səviyyə yoxdu. Meydançaların durumu da daha yaxşısını arzulamağa vadar edir.

- Sizin Azərbaycanla Portuqaliya arasındakı oyuna proqnozunuzu bilmək istərdik...
- Bu gün futbolda asan rəqib yoxdu. Yadımdadı Portuqaliya Bakıda necə iki xal itirmişdi. Bir müddət əvvəl yığmamız Kipri də uda bilmədi (4:4). Halbuki, hamı qələbəyə inanırdı. Əgər həmişə güclü qalib gəlsəydi, onda “Real” bütün çempionatların qalibi olardı. Yarım ilə hər şey dəyişə bilir. Təsəvvür edin ki, sizdə də yarım il sonra Ronaldo və ya Neymar kimi azərbaycanlı qanı axan bir vunderkind tapıla bilər.
 
- Klubdakı işlərinizə keçək. “Xəzər Lənkəran” optimal heyətlə hazırlaşmır. Yeni transferlər gəlməyib, Vobayla Mureşan yoxdu. Onlarsız çempionata hazırlaşa biləcəksiz?
- Mureşanla Vobayın yolunu gözləyirik. Bizə güclənmək lazımdı. Həm də hələ bütün futbolçular lazımi forma yığmayıblar. Mən özüm də ideal formamdan çox uzağam. “Turan”la oyunumuza kimi hazır olmalıyıq.
 
- Sizcə, “Xəzər Lənkəran” çempion ola biləcək? Ümumiyyətlə, sizcə bu yolda komandada nə çatışmır?
- Nə çatışmadığı barədə danışmaq mənim səlahiyyətlərim daxilində deyil. Oyunçular hər matça qələbə üçün çıxmağa borcludular. Amma hərdən elə də olur ki, oyuna çıxıb var gücümüzlə mübarizə aparsaq da, nəticə qazana bilmirik. Hər halda uduzmağı heç kim sevmir.
 
- “Xəzər Lənkəran” ətrafında daim müxtəlif şayiələr dolaşır ki, hansısa futbolçu komandadan ayrılır. İndi də Vobayla Eder Bonfimin getməyə hazırlaşdığı iddia olunur...
- Bütün bu söz-söhbətlər həqiqəti əks etdirmir. Hamı bilir ki, ən yaxşı oyunçular bizdədi. Bu üzdən də digər komandalar bizim oyunçuları almaq istəyirlər. Vobay fantastik futbolçudu. Ederin də yaxşı karyerası var. Amma bütün bu şayiələr bizim üçün əlavə motivasiyadı. Deməli, biz öz işimizi düz görürük ki, haqqımızda da belə danışmağa məcbur edirik.
 
- Hansı klubları özünüzə əsas rəqib görürsüz?
- İlk altılıqda yer alan bütün klubları. Amma xüsusi olaraq “Neftçi” ilə “İnter”i qeyd edərdim. Hansı ki, indi turnir cədvəlində bizdən üstdə qərarlaşıblar. Əsas məqsədimiz onlarla yerlərimizi dəyişməkdi.
 
- Bəs “Neftçi”yə 0:5 hesablı məğlubiyyətin revanşı barədə düşünmürsü?
- Bu, əsas hədəf deyil. Amma biz qələbə qazanmaq istəyirik. Həmin oyunumuz alınmadı.
 
- Sizcə, “Xəzər Lənkəran” bu mövsüm avrokuboklarda qələbə həsrətinə son qoya biləcək?
- Mən gələcək haqda danışmaq istəmirəm. Mənim üçün əsas indi olanlardı. Ola bilər ki, mövsümün sonunda mən klubda olmayım.
 
- Siz lap siyasətçilər kimi danışırsız...
- ... (gülür)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.