20 yanvar 2012 01:28

Müdafiədən narazı Starkov: Hücumu gücləndirmək istəyirəm

 “Bakı”nın baş məşqçisi Aleksandr Starkov azerisport.az saytına müsahibəsində komandasının Türkiyədəki hazırlığından danışıb.
 
- “Bakı” ilk təlim-məşq toplanışını iki sınaq matçı keçirməklə başa vurdu. Hollandiya “AZ Alkmaar”ına (1:5) və Almaniya “İngolstadt”ına (0:4) yenilgilərlə bağlı fikirlərinizi bilmək istərdik...
- Müdafiədə işlər heç də qaydasında getmir. Bu, komandanın ən ağrılı yerlərindən biridi. Biz müdafiə xəttimizi güclü komandalarla oyunlarda sınaqdan keçirmək istəyirdik. Həmin görüşlər də problemimizin nə qədər böyük olduğunu aşkarca göstərdi.
 
- Bunun üçün nisbətən zəif komandalarla qarşılaşmaq daha uyğun olmazdımı?
- Mən güclü rəqiblərlər oynamağımızı özüm istəmişdim. Çünki komandamızın bütün zəif cəhətlərini məhz belə komandalarla görüşlərdə bilmək mümkün idi. Bunlar sadəcə sınaq matçlarıdı və oyunçuları yoxlamaq üçün bir şansdı. Bu mərhələdə bizə məhz belə oyunlar lazımdı. Əlbəttə, belə böyük hesablarla uduzmaq xoş deyil. Amma oyunumuza ən yaxşı qiyməti mövsümün sonunda vermək lazımdı.
 
- Son oyunda meydana yeni futbolçu buraxdınız. Serbiyalı Vukaşin Tomiçlə bağlı nə düşünürsüz?
- O, özünü pis göstərmədi. Amma hələ sadəcə baxışdadı. Hələ onunla müqavilə bağlayıb-bağlayamayacağımızı bilmirik. Yaxşı hərəkətli oyunçudu. Amma müqavilədən danışmaq üçün hələ tezdi.
 
- Bu, “Bakı”nın yeni ildəki ilk transferi olacaq?
- Xeyr. Biz artıq iki yeni futbolçu almışıq. Sadəcə, onlar ehtiyat oyunçular skamyasında oturmuşdular və meydana çıxmadılar.
 
- Adlarını açıqlaya bilərsiz?
- Xeyr. Sadəcə bunu deyə bilərəm: biri müdafiəçi, digəri yarımmüdafiəçidi.
 
- Başqa da hansısa oyunçu almağı planlaşdırırsız?
- Bəli, mən daha üç futbolçunu komandamda görmək istəyirəm. Hücumu gücləndirmək istəyirəm.
 
- Son zamanlar belə deyirlər ki, “Bakı” “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Julius Vobayı sıralarına qatır. Bu, düzdü?
- Mən bunu ilk dəfədi eşidirəm.

- Bəs o, azad agent olsa?
- Mən olmayan şeydən danışmaq istəmirəm.
 
- Hollandiya klubu ilə oyunda yeganə qolunuzun müəllifi Uinston Parks son görüşdə yox idi. Niyə?
- O, İstanbulda müalicə olunur və bizə hazırlığın ikinci mərhələsində qoşulacaq. Onsuz komandamız rəqiblə mübarizədə az çətinlik çəkmədi.
 
- Bəs “Bakı”nın ayrıldığı futbolçular varmı?
- Aleksey Savinov, Vadim Boret, Əziz Quliyev və Emin Cəfərquliyev komandadan gedib. İndi onları yeni futbolçularla əvəz etməyə çalışırıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.