20 yanvar 2012 13:34
Uels yığmasında yeni baş məşqçi
Futbol üzrə Uels yığmasının yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, bundan sonra sözügedən ölkə yığmasını Kris Koulmen çalışdıracaq.
İngiltərənin “Fulham” klubunun sabiq çalışdırıcısı bu postda bir neçə ay öncə özünə qəsd etmiş Qari Spidi əvəzləyib. Hansı ki, həmin dövrdən bəri Uels millisi baş məşqçisiz qalmışdı.
Qeyd edək ki, 41 yaşlı Koulmen məşqçilik fəaliyyətinə 2003-cü ildə məhz “Fulham”də başlayıb. 2007-ci ildə o, Londonu tərk etmək məcburiyyətində qalıb və İspaniyanın “Real Sociedad” klubuna keçib. Daha sonra isə iki il İngiltərənin “Coventry City” klubunda çalışıb. Onun son iş yeri isə Yunanıstanın “Larisa” klubu olub.
