20 yanvar 2012 01:42
“Bəzi məqamlarda biz, digərlərində İnter üstün oldu”
“İnter” - “Karlsrue” yoldaşlıq matçından sonra rəqib komandanın baş məşqçisi Yorn Andersen oyun barədə fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, o, “bankirlər”in rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Biz artıq iki həftədi buradayıq və Antalyada olduğumuz müddətdə bir neçə yoldaşlıq qarşılaşması keçirmişik.“İnter” isə ilk yoxlama görüşünə çıxmışdı. Oyun barədə onu deyə bilərəm ki, matç yoldaşlıq xarakteri daşımasına baxmayaraq, maraqlı mübarizə şəraitində keçdi və bəzi məqamlarda biz, digərlərindəsə rəqib komanda üstün oldu. Onu qeyd etmək istəyirəm ki, dostum Kaxaber yaxşı komanda yaradıb və “İnter”ə uğurlar arzulayıram”.
