20 yanvar 2012 13:58
Julius Vobaydan 500 000 avro tələbi
“Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Julius Vobay Azərbaycanda özünə yeni klub axtarır. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi ilə müqaviləsinin müddəti başa çatan legioner futbolçu lənkəranlılarla təkrar anlaşma bağlaya bilməyib.
Məsələ burasındadı ki, o, cənub klubundan yeni müqavilə üçün 500 000 avro tələb edir. Lakin təbii ki, Lənkəran klubu onun bu tələbini həyata keçirmək istəməyib. Bu üzdən də Vobayın “Xəzər Lənkəran”dan getməsi istisna olunmur.
“Bakı” da Vobayla maraqlanan klublar arasındadı. Lakin paytaxt təmsilçisi də futbolçunun yüksək məbləğ tələb etməsi üzündən bu transferdən vaz keçib.
