20 yanvar 2012 14:05
Qəbələ növbəti transferi rəsmən açıqladı (FOTO)
“Qəbələ” qış fasiləsində Yannik Kamanandan sonra ikinci transferini reallaşdırıb. Azerisport.az xəbər verir ki, daha öncə “Xəzər Universiteti” , “İnter” , “Xəzər Lənkəran” və “Neftçi”də top qovan və Azərbaycan milli komandasının şərəfini qoruyan Elmar Baxşiyev karyerasını “Qəbələ”də davam etdirəcək.
Artıq bunu bölgə klubunun rəsmi saytı da rəsmən bəyan edib. Yarımmüdafiəçi ilə birillik müqavilə imzalanıb.
