20 yanvar 2012 14:29
“Bu təklifi düşünmədən qəbul etdim”
“Qəbələ”nin qış fasiləsində Yannik Kamanandan sonra ikinci transferi olan Elmar Baxşiyev bununla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, o, bölgə klubunun rəsmi saytına açıqlamasında bunları dilə gətirib:
“Qəbələ”nin təklifini düşünmədən qəbul etdim. İddialı klub olması qərarımda böyük rol oynadı. “Qəbələ” struktur baxımından fərqlənən və parlaq gələcək vəd edən komandadı. İlkin hədəfim komandaya altılığa düşməkdə yardımçı olmaqdı. Heyətdəki futbolçuların səviyyəsindən və komandadakı sağlam rəqabətdən xəbərdaram. Heyətə düşmək üçün gücümü ortaya qoyacam. Özümə, gücümə, bacarığıma güvənirəm. Güvənməsəydim “Qəbələ”yə gəlməzdim”
